Xəbər lenti

Ermənistanın ədliyyə naziri postundan gedir
Dünya11:57 02.09.2023

Ermənistanın ədliyyə naziri postundan gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın ədliyyə naziri Qriqor Minasyan payızda postunu tərk edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazır.
Qəzetin yazdığına görə, indiki mərhələdə onun varisliyinə namizədlər müzakirə olunur.
Qriqor Minasyanın əvəzinə baş nazir Nikol Paşinyan öz namizədini ədliyyə naziri təyin etmək istəyir. Qəzet hökumətdəki mənbəyə istinadən bildirir ki, onun varisi kimi Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeğişe Kirakosyanın adı hallanır.
Ermənistan parlamentinin dövlət-hüquq məsələləri üzrə komissiyasının sədri Vladimir Vardanyanın da adı namizədlər siyahısındadır. Amma iqtidar fraksiyasında bu vəzifə üçün başqa namizədlər olmadığından onun hakimiyyətə keçidi daim əngəllənir.
"Bizə dedilər ki, Nikol Paşinyan hətta Karen Andreasyan gedəndən sonra da Kirakosyanı nazir təyin etməyə meyllidir, lakin o, öz yaxın dostu Qriqor Minasyanı təyin etmək üçün hər şeyi edib”, deyə qəzetin mənbəsi bildirir.
Xatırladaq ki, Minasyan 2022-ci ilin dekabrında Karen Andreasyan Ali Məhkəmə Şurasının rəhbəri seçildikdən sonra ədliyyə naziri təyin edilib. O, 2022-ci ilin yanvar ayından nazir müavini olub, əvvəllər isə uzun illər özəl vəkil kimi fəaliyyət göstərib.
Aydın