Ermənistan Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən, 2021-ci ildə Ermənistan Respublikasının dövlət borcu təxminən 9,226 milyard dollar təşkil edib.
Belə ki, ölkənin xarici borcu isə 583 milyon dollar artaraq 6643 milyard dollara, daxili borc isə 673,9 milyon dollar artaraq 2583 milyard dollara çatıb.
Dövlət isə 2022-ci ilin dövlət büdcəsində kəsirin maliyyələşdirilməsi üçün daxili mənbələrdən formalaşan vəsaitlərin, xarici borcların azaldılmasına, əvəzində isə həmin vəsaitin mövcud borcun ödənilməsinə yönəldiləcəyinə dair təminatları mümkün hesab etmir.
Əslində Ermənistan hökuməti 4 il ərzində cari xərcləri, maaşların artırılmasını və digər bu kimi tədbirləri borc hesabına həyata keçirib.
Qeyd edək ki, ötən illər ərzində Ermənistanda əsaslı xərclər az icra olunub, bu isə o deməkdir ki, yeni gəlirlər, yeni iş yerləri, müasir istehsal istiqamətləri yaradılmayıb.
Hazırda isə Ermənistan Respublikasının dövlət borcuna gəlincə, bu Ermənistan üçün dəhşətli yükdür və üstəlik də hökumət artıq göstərib ki, borcları nə qaytara biləcək, nə də ödəyə.
Bəzi erməni ekspertlər düşünürlər ki, Qərb Rusiyanı sıxışdırmaqla regionda türk faktorunu gücləndirmək istəyir və bunun yalnız borcları artırmaqla mümkünlüyünü də qeyd edirlər. Əgər həqiqətəndə erməni ekspertlərin verdikləri açıqlamaları nəzərə alsaq, onda bütün bu baş verənlərin fonunda uzun illər Ermənistanda borc yükünü azaltmaq barədə düşünmək real olmayacaq.
Telman Qasımov