Xəbər lenti

Ermənistanın işığını kim kəsib?
Dünya12:41 02.11.2013

Ermənistanın işığını kim kəsib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan energetikləri ölkənin işıqsız qalmasının səbəblərini müəyyənləşdiriblər. 

Musavat.com-un Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, Ermənistanın Energetika Nazirliyinin mətbuat katibi Lusine Arutyunyan bildirib ki, elektrik enerjisi İran tərəfdən kəsilib.

Sentyabrın 22-dən Ermənistandakı “Metsamor” AES-i təmirlə əlaqədar ölkənin enerji sistemindən çıxarılıb. O vaxtdan Ermənistan elektrik enerjisini İrandan alır.

Bu gün saat 10.15-dən etibarən bütün Ermənistanda elektrik enerjisi kəsilib. İndiyədək ölkənin yalnız 30 faiz ərazisində enerjini bərpa etmək mümkün olub.

Ermənistan FHN-in məlumatına görə, elektrik enerjisinin kəsilməsi üzündən İrəvan metrosu dayanıb. Saat 10.17-də sərnişinlər metrodan təxliyə ediliblər.

Bundan başqa, soyuducu təsərrüfatında və tez xarab olan məhsullarla bağlı ciddi problem yaranıb. 

Qaynar.info