Dünya 23:10 28.09.2022

Ermənistanın keçmiş müdafiə naziri həbsdə qaldı

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi sabiq müdafiə naziri David Tonoyanı həbsdən azad etməkdən növbəti dəfə imtina edib.

Qaynarinfo erməni mediasına istinadən xəbər verir ki, bu məlumatı onun vəkili Sergey Ovannisyan təsdiqləyib.


Hələ sentyabrın 26-da müdafiə tərəfi həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün Tonoyanın şəxsi mənzilini girov kimi qoymağı təklif edib.

"Məhkəmə Tonoyanın müdafiə naziri olduğunu və azadlıqda olarkən öz təsirindən və əlaqələrindən şahidlərə və istintaq prosesinə təsir etmək üçün istifadə edə biləcəyini əsas gətirərək vəsatətimizi rədd etdi”, - deyə Ovannisyan bildirib.

Müdafiə tərəfi cavab olaraq apellyasiya şikayəti hazırlayır. Vəkilin sözlərinə görə, yaxın vaxtlarda Apellyasiya Məhkəməsinə təqdim olunacaq.

Xatırladaq ki, keçmiş müdafiə naziri sursat təchizatında sui-istifadədə ittiham olunur. İstintaq onu yararsız təyyarə raketlərinin alınmasında və 4,6 milyon dollar mənimsəməkdə ittiham edir.