Ermənistanın "Ucom” mobil operatorunun bəzi abunəçiləri qısa müddətə Türkiyənin "Turkcell” şəbəkəsinə keçiblər.
Qaynarinfo xəbər verir ki, bu barədə informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan sosial şəbəkədəki səhifəsində yazıb.
Türkiyə sərhədində (sərhəd kəndlərində və ya sərhəd yolları ilə hərəkət edərkən) abunəçi avtomatik olaraq rouminqə keçə bilər, lakin Martirosyan qeyd edib ki, bu, görünür, rouminqlə bağlı deyil.
Sputnik Ermənistanla söhbətində Ucom-un sözçüsü Diana Mnatsakanyan təsdiqləyib ki, nasazlıq həm sabit, həm də mobil şəbəkələrdə təxminən yarım saat davam edib, lakin hazırda tamamilə aradan qaldırılıb.
Onun sözlərinə görə, şəbəkəsi bərpa olunmayan abunəçilər üçün telefonu yenidən başlatmaq və ya uçuş rejimini yandırıb-söndürmək kifayətdir.
Alpər