Xəbər lenti

Ermənistanın müdafiə naziri istefa verdi
Dünya17:35 08.05.2018

Ermənistanın müdafiə naziri istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan müdafiə naziri Viqen Sarkisyan istefa verib.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, müdafiə naziri vəzifələrinin icraçısı bunu ölkənin silahlı qüvvələrinin şəxsi heyəti, veteranlar və ictimaiyyətə müraciətində deyib.
"Siyasi hadisələr səbəbindən sizinlə ordu rəhbəri statusunda vaxtından əvvəl vidalaşmağın vaxtı çatıb. Belə daha düzgündür. Nazir rəsmi siyasi şəxsdir və onun işi yalnız həmfikir komandanın tərkibində səmərəli olar", - deyə Sarkisyan bildirib.