Xəbər lenti

Ermənistanın müdafiə naziri Rusiyaya səfərə getdi
Dünya06:40 08.12.2022

Ermənistanın müdafiə naziri Rusiyaya səfərə getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya işgüzar səfərə gedib. 
Qaynarinfo Sputnik Ermənistan-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirin görüşlərinin təfərrüatları və cədvəli barədə məlumat verilmir.
Qeyd edək ki, noyabrın 24-də Ermənistan və Rusiyanın müdafiə nazirləri Suren Papikyan və Sergey Şoyqu arasında KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə nazirləri və Təhlükəsizlik Şuraları katiblərinin birgə iclasından sonra qısa söhbət olub. Papikyanın sosial şəbəkələrdə verdiyi məlumata görə, Şoyqu ilə söhbət zamanı müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair bir sıra məsələlər, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Alpər