Xəbər lenti

Ermənistanın Qarabağda 5 Su-25 itirdiyi təsdiqlənir - Rusiya mediası
Dünya08:55 06.11.2020

Ermənistanın Qarabağda 5 Su-25 itirdiyi təsdiqlənir - Rusiya mediası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İnternetdə Ermənistan Hərbi Hava Qüvvələrinin Qarabağda gedən döyüşlərdə 5 Su-25 hücum təyyarəsi itirdiyini təsdiqləyən foto yayılıb.
Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda actualnews.org Rusiya saytı yazır. Belə ki, Yerevan yaxınlığındakı Erebuni aerodromundan peyk çəkilişləri hazırda orada cəmi 10 Su-25 təyyarəsinin qaldığını təsdiq edir. Əvvəl isə aerodromda 15 Su-25 qırıcısı görünürdü. Qalan 5 təyyarə isə Azərbaycan ordusunun Qarabağda gedən döyüşlərdə vurduğu və Müdafiə Nazirliyi tərəfindən rəsmən açıqlanan Su-25 təyyarələrinin sayı ilə üst-üstə düşür. Avia.pro qeyd edir ki, bu peyk görüntüləri Azərbaycanın güclü hava hücumundan müdafiə sisteminə malik olduğu halda Ermənistanın bu miqdarda təyyarələri döyüşə atmasının və itirməsinin təsdiqidir.