Xəbər lenti

Ermənistanın Ukraynadakı səfiri kriminal avtoritetlərlə əlbir imiş
Dünya12:36 18.07.2015

Ermənistanın Ukraynadakı səfiri kriminal avtoritetlərlə əlbir imiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna xarici işlər nazirin 1-ci müavini Natalya Qalibarenko Ermənistanın bu ölkədəki səfiri Andranik Manukyanla görüşüb. Musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, rəsmi məlumatda ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Ancaq erməni KİV-i Ukraynadakı erməni icmasına istinadən bildirir ki, səfir tamamən başqa bir məsələyə görə XİN-ə çağırılıb.
“Bizim bilgilərimizə görə, görüş zamanı rəsmi Kiyev Manukyanın diqqətinə uzun illər səfirlik tərəfindən diplomatiyaya aidiyyəti olmayan şəxslərə diplomatik avtomobil nömrələri verilməsindən ciddi narahatlıq keçirdiyini çatdırıb”, –mənbə qeyd edir.
O da bəlli olub ki, səfir Manukyan kriminal avtoritetlərə də diplomatik nömrələr verirmiş və sonuncular da bundan istifadə edərək, özlərinin müxtəlif qanunsuzluqlarını, o sırada şübhəli yüklərin bir regiondan digər regiona daşınmasını ört-basdır edirmişlər.
Qaynar.info