Xəbər lenti

Ermənistanla Türkiyə arasında hava yükdaşımaları nə vaxt başlayacaq?
Dünya11:51 08.12.2022

Ermənistanla Türkiyə arasında hava yükdaşımaları nə vaxt başlayacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin sonunadək Ermənistanla Türkiyə arasında yük hava nəqliyyatı başlayacaq.
Qaynarinfo bu barədə "Hürriyet”ə istinadən xəbər verir.
"Bundan əvvəl Ermənistanla Türkiyə arasında birbaşa uçuşlar bərpa edilib. İndi hava yüklərinin daşınmasının təşkili istiqamətində iş aparılır", deyə nəşr yazır.
"Hürriyet”in mənbəsinin sözlərinə görə, proses yekunlaşmaq üzrədir və bu ilin sonunda yük daşımalara başlanılacaq. Nəticədə Türkiyə malları birbaşa Ermənistan bazarına çıxarılacaq.
Digər məsələ isə üçüncü ölkədən gələn vətəndaşlar üçün quru sərhədinin açılmasıdır. Məlumata görə, mütəxəssislər sərhəddə keçid məntəqəsinin açılması ilə bağlı texniki məsələləri həll edir, amma burada müəyyən problemlər yaranıb. O cümlədən, sərhəddə yerləşən 128 metr uzunluğunda olan körpünün təmirə ehtiyacı var.
Mənbənin sözlərinə görə, bir neçə həftə əvvəl bu məsələ ilə bağlı ekspertlər səviyyəsində görüş keçirilib. Lakin hava şəraitini nəzərə alaraq, daha sonra daha konkret addımlar atılacaq.
Qeyd edək ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur və sərhəd Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır. Türkiyə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə bu ölkə ilə heç bir diplomatik əlaqə qurmayacağını elan edib. 
2021-ci ilin dekabrında Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər. Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Ankaranı isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç təmsil edir. Diplomatlar artıq dörd raund danışıqlar keçiriblər. Birinci görüş Moskvada, digər üç görüş isə Vyanada baş tutub. Bundan əlavə, 2022-ci ilin iyulunda Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında ilk telefon danışığı olub, oktyabrda isə onların ilk görüşü Praqada olub.
Aydın