Qarsa gedən elektrik xəttinin yarımstansiyasına 1,8 milyon avro yatırılır
Ermənistan hökuməti 2014-cü ildə “Gümri-2” yarımstansiyasının modernləşdirilməsinə 1,8 milyon avroya yaxın vəsait yatırıb.
ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, Ermənistanın energetika naziri Armen Movsisyan yarımstansiyaya göstərilən xüsusi diqqətin onun regional əhəmiyyətindən qaynaqlandığını söyləyib: “Bu stansiya regional əhəmiyyətlidir, çünki Ermənistanla Türkiyəni birləşdirən Gümri - Qars yüksək gərginlikli elektirk xəttinin üzərində yerləşir”.
Erməni saytları məhz məsələnin bu tərəfinə diqqət yetiriblər. “Türkiyəyə gedən yüksək gərgənlikli elektriki xəttinin yarımstansiyasına 1,8 milyon avro yatırılır” kimi başlıqlı xəbərlər yazıblar.