Xəbər lenti

Çernoqoriyada prezident seçkiləri keçirilir
Dünya08:25 15.04.2018

Çernoqoriyada prezident seçkiləri keçirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Çernoqoriyada prezident seçkiləri keçirilir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 532 min 599 seçicinin olduğu ölkədə 7 namizəd prezidentlik uğrunda yarışır.
1990-cı ildən bəri 7-ci dəfə keçirilən seçkilərdə Demokratik Sosialist Partiyasından Milo Djukanoviç, Sosial Demokrat Partiyasından Draqinya Vuskanoviç, Həqiqi Çernoqoriya Partiyasından Marko Milaçiç, Əladət və Sülh Partiyasından Hazbiya Kalaç, Serb Koalisiyasının namizədi Dobrilo Dedeyiç, Pozitiv Çernoqoriya Partiyasından Mladen Boyaniç və müstəqil namizəd Vasiliye Miliçkoviç yarışır. 
Namizədlərdən hansısa 50%-dən çox səs toplamasa, 1 və 2-ci yerin sahibləri arasında 2 həftə sonra 2-cü tur keçiriləcək.
Qeyd edək ki, hazırkı prezident Filip Vuyanoviçin vəzifə dövrü 20 mayda yekunlaşır.
Gülşən