Xəbər lenti

Əsəd kamikadze bölüyü yaradıb
Dünya08:24 30.08.2013

Əsəd kamikadze bölüyü yaradıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hərbi müdaxiləyə hazırlıq görən Suriya hakimiyyətinin təcili tədbirlər gördüyü bildirilib. 

Qaynar.info-nun İtar-Tass agentliyinə istinadən verdiyi xəbərə görə, Bəşər Əsədin yeganə qorxusu pilotsuz təyyarələrlə vurulmaqdır. 

İngiltərənin "The Guardian" qəzeti isə Əsədin 13 pilotdan ibarət kamikadze birliyi yaratdığını yazıb. 

Qəzet məlumatı Suriya Hərbi Hava Qüvvələrindəki mənbəyə istinadən verib. 

Artıq Dəməşqdəki hərbi binaların təxliyyə edilməsindən sonra ağır texnikalar da paytaxtdan kənara çıxarılır. Bəzi hərbi dairələr məktəblərə və yeraltı sığınacaqlara yerləşdirilib. Suriya rəsmiləri hədəf olacaq yerlərə həbsxanalarda saxlanılan məhbusları yerləşdirib. 

Hakimiyyətə yaxın xəbər saytları xalqı canlı sipər olmağa çağırıb. 

Qaynar.info