
Suriyada Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi ilə bağlı növbəti iddia ortaya atılıb.
Qaynar.info-nun məlumatına görə, BBC telekanalı şahidlərə əsasən verdiyi xəbərdə Suriya ordusuna aid helikopterlərdə zəhərli qazdan istifadə olunduğu bildirilib.
BBC-nin Suriyadakı əməkdaşı Sarakip şəhərində yerli əhali və həkimlərlə görüşüb. Şahidlər helikopterlərdən zəhərli qaz atıldığını bildiriblər.
Bölgədə fəaliyyət göstərən həkimlər azı 8 nəfərin nəfəs çatışmazlığı səbəbindən onlara müraciət etdiyini, bir qadının isə zəhərlənmədən öldüyünü söyləyiblər.
BBC əlində olan videogörüntülərlə sözügedən iddiaların doğruluğunu isbat edə biləcəklərini də bildirib.
Qaynar.info