Suriya prezidenti Bəşər Əsəd kimyəvi silahların məhv edilməsi məsələsində Rusiya ilə razılığa gələn ABŞ-a mesaj göndərib.
Qaynar.info xəbər verir ki, Əsəd Fox News telekanalına verdiyi müsahibəsində ölkəsində olan kimyəvi silahları məhv etmək üçün söz verdiyini, ancaq bunun üçün 1 il vaxt lazım olduğunu və 1 milyard dollara başa gələcəyini söyləyib.
Suriya prezidenti müsahibəsi zamanı ölkədə vətəndaş müharibəsinin getdiyini rədd edib. Əsəd Suriyada Əl Qaidəyə bağlı olan onminlərlə xarici döyüşçülərə qarşı vuruşduqlarını deyib.