Xəbər lenti

Əsəd ordusu irimiqyaslı hücuma başlayıb
Dünya06:13 20.05.2013

Əsəd ordusu irimiqyaslı hücuma başlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriya ordusu və "Hizbullah" birlikləri Kuseyr şəhərini qurudan və havadan bombalayıblar.

Hücumlarda 41 nəfər ölüb, 450-dən çox insan yaralanıb.

Vəziyyəti kritik olan yaralılara tibbi preparatların azlığı səbəbilə müdaxilə etmək mümkün olmayıb.

Şəhərdə ölü sayının arta biləcəyi bildirilir.

"Əl Ərəbiyyə" kanalı rejimə bağlı birliklərin bir səhra xəstəxanasını da vurduğunu bildiriblər.

Kuseyr şəhəri hər iki tərəf üçün də strateji əhəmiyyət daşıyır. Hökumət qüvvələri buranı ələ keçirərsə, paytaxt Dəməşqdən Aralıq dənizinə çıxışı təminat altına almış olacaq.

Qaynar.info