Xəbər lenti

Əsəd Parisdəki villasını satdı
Dünya11:36 27.06.2013

Əsəd Parisdəki villasını satdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriya prezidenti Bəşər Əsədin əmisi Rıfat Əsəd Qərb ölkələri tərəfindən müsadirə ediləcəyindən qorxduğu Parisdəki villasını satıb.  

Qaynar.info-nun məlumatına görə, Əsədin əmisi 100 milyon sterlinq dəyərindəki villasını 30 faiz ucuza satmaq məcburiyyətində qalıb. 

Parisin məşhur Zəfər meydanına baxan malikanəni bir rus milyarder satın alıb.

Dörd hektarlıq sahədə yerləşən malikanənin yer altı üzmə hovuzu və idman zalı da var.

Rıfat Əsədin malikanəsini bir neçə həftə əvvəl satışa çıxardığı, amma alıcı tapa bilmədiyi üçün ucuz qiymətə satmaq məcburiyyətində qaldığı bildirilir. 

"Daily Telegraph" qəqzetinin xəbərinə görə, Rıfat Əsədin Parisdəki digər mülklərindən başqa Londonda da böyük bir malikanəsi var.

Qaynar.info