Xəbər lenti

Əsəd Putinə dəstək məktub göndərdi
Dünya17:50 06.03.2014

Əsəd Putinə dəstək məktub göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyada yaşanan gərginliklə bağlı Rusiyanın dəstəyini alan bu ölkə lideri Bəşər Əsəd Ukrayna məsələsində də Putinə dəstək olub. 
"Axar.az" xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.
Suriya prezidenti Bəşər Əsəd Putinə məktub göndərib. Məktubda Ukraynada təhlükəsizliyin təmin edilməsində, gərginliyin aradan qaldırılmasında Rusiyanın göstərdiyi səyləri Əsəd dəstəklədiyini və Putinin siyasi iradəsinin xalqlar arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayacağı bildirilir.
Bəşər Əsəd Rusiya kimi Suriyada da terrora qarşı mübarizə və sabitliyi dəstəkləyən sistem qurulması yolunda addımlar atdığını vurğulayıb.
Qaynar.info