Xəbər lenti

Əsəd Putinə təşəkkür etdi
Dünya19:20 14.03.2016

Əsəd Putinə təşəkkür etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı terrorçuluqla mübarizədə genişmiqyaslı dəstəyə və humanitar yardıma görə Rusiyaya dərin minnətdarlığını bildirib. 

APA-nn “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.     

Telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.  

Rusiya aviasiyasının Suriya ərazisində  İŞİD-ə qarşı əməliyyatlarına ötən ilin sentyabrın 30-da start verilib.

Qeyd edək ki, Vladimir Putin bundan əvvəl Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib. 

Qaynar.info