Suriyada Bəşər Əsəd rejimi növbəti dəfə İdlib şəhərini hədəf alıb.
Qaynarinfo xəbər verir ki, şəhərin müxtəlif əraziləri, mülki yaşayış məntəqələri, müxaliflərin yerləşdiyi bölgələr toplarla atəşə tutulub. "Ağ Bərəlilər" yardım təşkilatı ölü və yaralılar barədə məlumat olmadığını açıqlayıb.
Qeyd edək ki, Suriya İnsan Haqları Təşkilatı 17 sentyabr 2018-ci ildən 24 dekabr 2018-ə qədər İdlibdə 45 mülki vətəndaşın öldürüldüyünü açıqlayıb.
Gülşən