Xəbər lenti

Dünya 10:34 09.12.2024

"Əsəd rejiminin süqutu region ölkələri və Türkiyə arasında münaqişəyə səbəb ola bilər"

İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bazar günü, dekabrın 8-də bildirib ki, Bəşər Əsəd rejiminin süqutu hadisələrin ABŞ-ın nəzarətindən çıxmasına, region ölkələri və Türkiyəni əhatə edən münaqişəyə səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb. .

"Mən hesab edirəm ki, bölgədəki hadisələr Amerikanın nəzarətindən çıxacaq və onların strateji məqsədlərinə ciddi zərər verə bilər”, deyə Əkbəri bildirib.

İran səfirinin sözlərinə görə, ölkəsinin dəstəklədiyi Əsəd hökumətinin devrilməsi Suriyada şimal və cənub qüvvələri arasında çətin vəziyyət yaradıb ki, bu da bəzi İslam və ərəb ölkələri arasında Türkiyə ilə münaqişəyə səbəb ola bilər.

"Mövcud şəraiti, müxtəlif ölkələrin baxış müxtəlifliyini və çoxsaylı müdaxilələri nəzərə alsaq, Suriya cəmiyyətində təhlükəsizliyin itirilməsi riski var”, deyə Əkbəri əlavə edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->