
"Ölkəmizi müdafiə edirik"
Suriya prezidenti Bəşər Əsəd hakimiyyətdən getməycəyini bildirib.
Qaynar.info-nun məlumatına görə xəbəri İnterfax agentliyi yayıb.
Bəşər Əsəd bildirib ki, “əgər təslim olmaq istəsəydik, lap əvvəldən təslim olardıq. Biz ölkəmizi müdafiə edirik. Bu müzakirə olunmalı mövzu deyil”.
İnterfax-ın xəbərinə görə, Suriya prezidenti bu sözləri onunla Dəməşqdə görüşən Rusiya parlamentariləri ilə görüşündə deyib.
Bəşər Əsədin yanvarın 22-də İsveçrənin Mantro şəhərində başlayacaq Cenevrə 2 toplantısı ərəfəsində belə bir açıqlama verməsi diqqət çəkib.
Qaynar.info