
Suriya dövlət televiziyası bu gün Dəməşq Universitetinin memarlıq fakültəsinə top mərmisinin atıldığını bildirib.
Qaynar.info-nun məlumatına görə, televiziya partlayış nəticəsində 12 tələbənin həlak olduğunu bildirib.
Yanvar ayında da Hələb Universitetinə top mərmisi atılmışdı. Həmin vaxt 46 nəfər həlak olmuşdu.
Qaynar.info