Xəbər lenti

Əsgər komandirə görə tualeti yaladı - FOTO
Dünya17:59 21.01.2015

Əsgər komandirə görə tualeti yaladı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hərbi məktəbdə yerlərin yaxşı silinmədiyini və tualetin yaxşı təmizlənmədiyini deyən komandirə, bu işləri görən əsgər qeyri-adi tərzdə cavab verib. Analitik.az xəbər verir ki, Çin hərbi məktəbində hər yerin təmiz olmasını tələb edən komandir Cai Peng, tələbələrə qışqıraraq cəza verəcəyini deyib. 
Təmizlik işlərini aparan əsgər bu zaman deyib ki, “komandir, üzr istəyirəm, sizinlə razı deyiləm, buranın çox təmiz olduğunu sübut etmək istəyirəm". 
Bundan sonra o, əyilərək tualeti yalamağa başlayıb. Sonra isə yataq otağının döşəməsini yalayıb. 
Bu hadisədən sonra əsgər Ho bildirib ki, "bizə yerlərin yemək yeyiləcək qədər təmiz olmasını istədiyini dedi. Biz də bunu etdiyimizi düşünmüşdük, mən sadəcə, necə təmizlədiyimizi göstərdim.”
Belə məlum olur ki, ordudakı “dedovşina” Çində daha çox vüsət alıb.
Qaynar.info