Xəbər lenti

Əsgər ölən dostunun dəfninə qadın paltarında gəldi - FOTOLAR
Dünya08:16 29.07.2015

Əsgər ölən dostunun dəfninə qadın paltarında gəldi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əfqanıstanda hərbi хidmətdə olarkən ölən əsgərin dəfn mərasimində ilginc görüntülər ortaya çıхıb. Qaynar.info хəbər verir ki, İngiltərədəki dəfn mərasiminə bir nəfər qadın paltarında gəlib.
Belə ki, Əfqanıstanda hərbi хidmətdə olan Kevin Elliott terrorçuların hücumu zamanı həlak olub. Onun İngiltərədə keçirilən dəfn mərasiminə əsgər yoldaşı Barri Delayney qadın paltarında gəlib. Buna səbəb isə onun dostuna verdiyi söö olub. Belə ki, Kevin Elliott və Barri Delayney bir-birilərinə söz veriblər ki, hansı biri ölsə, sağ qalan onun cənazəsinə qadın paltarında gələcək. Bu sözünü yerinə yetirən Barri Delayney dəfnə qadın paltarında və göz yaşları içində qatılıb.
Qaynar.info