Xəbər lenti

Əsgər məscidi partlatmaq istədi
Dünya05:16 12.08.2013

Əsgər məscidi partlatmaq istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransada terror aktı hazırlayan əsgər saxlanılıb.

Fransanın Lion şəhərində hərbi qulluqçu yerli məscidə hücumda şübhəli bilinərək saxlanılıb. Anspress-in BBC-yə istinadən verdiyi məlumata görə, 23 yaşlı gənc Lionda yerləşən Mon Verden hava qüvvələrində xidmət göstərib. 

Fransa Daxili İşlər Nazirliyinin yaydığı məlumatda, hərbçinin məscidi partlatmaq niyyətində olduğu bildirilir. Əsgər eyni zamanda terror aktı törətmək üçün silah saxlamaqda ittiham edilir. Terror aktının Ramazan ayının sonunda həyata keçirilməsi planlaşdırılıb. 

Əsgər bundan əvvəl də bir dəfə məscidə hücum edib.

Qaynar.info