Xəbər lenti

Əsgərliyə getmək üçün 90 gündə 67 kilo arıqladı
Dünya17:38 19.08.2013

Əsgərliyə getmək üçün 90 gündə 67 kilo arıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyəli Tayfun Kol adlı vətəndaş əsgərliyə getmək üçün inanılmazı edib. 

Qaynar.info türk mətbuatına istinadən xəbər verir ki, 137 kilo ağırlığında olan Tayfun əsgərlik şöbəsi tərəfindən həddən artıq kök olduğu üçün hərbi xidmətə çağırılmayaraq geri qaytarılmışdı. 

Kök olduğuna görə geri qaytarılmağı qüruruna sığışdırmayan Tayfun 90 gündə 63 kiloqram arıqlayaraq 74 kiloya düşüb. 

3 ay ərzində qarşısına qoyulan ən xoşladığı yeməklərdən belə imtina edən, kalorili yeməkləri kəsən Tayfun 92 gün sonra tərəziyə çıxdığı zaman 74 rəqəmini görüncə özü belə inanmayıb. Yenidən çağırış məntəqəsinə gedən Tayfunu onu geri qaytaran zabit tanımayıb. 

Artıq hərbi xidmətdən qayıdan Tayfun hazırda özünü xoşbəxt hiss etdiyini deyib. 

Qaynar.info