Xəbər lenti

Əsl Robinson Kruzo tapıldı
Dünya08:43 01.02.2014

Əsl Robinson Kruzo tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sakit Okeanda bir nəfərin kimsəsiz, tək adada 16 ay boyunca tənha yaşadığı bəlli olub. O, acından ölməmək üçün tısbağa qanı içirmiş

Milli.Az bildirir ki, saç-saqqalı bir-birinə dolaşan adam Sakit Okeandakı Ebon atollunda, kiçik qayalıq adada tapılıb. Onu Ebonun yerli sakinləri aşkarlayıblar.

Ad və soyadının Xose Ayvan olduğunu deyən adam acından ölməmək üçün tısbağa, quş və balıq yeyirmiş.

Yağış yağmayanda suya olan ehtiacını tısbağa qanı ilə dəf edən adam 2012-ci ildə dostu ilə birlkdə qayığa oturaraq Meksikadan Salvadora yollanıb. 

Onlar okeanda azıblar, bir neçə ay sonra isə dostu aclıq və susuzluqdan ölüb.

Həkimlərin dediklərinə görə, Xose Ayvanın durumu çox pisdir.

Qaynar.info