Münasibətlərin başlanğıcında hər kəs ideal görünə bildiyi üçün mütəxəssislər "yaşıl siqnallar”a diqqət etməyi tövsiyə edirlər. Bu göstəricilər qarşı tərəfin sağlam və ciddi münasibətə hazır olub-olmadığını anlamağa kömək edir.
Qaynarinfo xəbər verir ki, bu barədə CNBC yazır.
Nyu-yorklu psixoloq Sabrina Romanoff bildirir ki, tanışlığın ən çətin tərəfi ilkin mərhələdə qarşıdakı insanı tam tanımamaqdır. Ona görə də davranışdakı sabit siqnalları müşahidə etmək vacibdir.
Mütəxəssislərin qeyd etdiyi 5 əsas "yaşıl siqnal”
Sabitlik
Münasibətin əvvəlində hər kəs ideal təsir bağışlaya bilər, lakin həqiqi maraq zamanla davranışın sabit qalmasında görünür. Diqqət yalnız görüşlərdə deyil, arada da davam etməlidir. Qarşı tərəfin sözlərə və detala diqqəti bu sabitliyin göstəricisidir.
Səhvləri etiraf etmək bacarığı
Yetkin insan səhvlərinə görə məsuliyyət daşıyır, üzr istəyə bilir və onları inkişaf imkanı kimi görür. Günahı başqasına atmaq əvəzinə, vəziyyəti qəbul etmək sağlam münasibətin əsasını yaradır.
Emosiyaları idarə etmək
Stressli vəziyyətlərdə insanın reaksiyası çox şey göstərir. Səbir, sakitlik və empatiya emosional yetkinlikdən xəbər verir. Əksinə, əsəbilik və aqressiya problemlərə işarə ola bilər.
Niyyətlərin aydın olması
Təhlükəsiz münasibət üçün qarşı tərəfin nə istədiyini bilməsi vacibdir. Aydın niyyətlər davranışla təsdiqlənir: insan sizi həyatına tədricən daxil edir, yaxınları ilə tanış edir və açıq ünsiyyət qurur.
Yanında sakitlik hissi
Güclü "kimya” hər zaman sağlam sevgi demək deyil. Ən vacibi, insanın yanında özünü rahat, sakit və təhlükəsiz hiss etməkdir. Görüşdən sonra narahatlıq yox, rahatlıq qalırsa, bu etibarlı bağın göstəricisi ola bilər.
Aydın
Şərhlər