Xəbər lenti

Əsma Əsədin bu fotosu qalmaqala səbəb oldu - FOTO
Dünya09:43 22.08.2013

Əsma Əsədin bu fotosu qalmaqala səbəb oldu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyada Əsəd rejiminin mülkü vətəndaşlara qarşı kimyəvi silahdan istifadə etməsi iddiaları səslənən bir vaxtda Əsma Əsədin instagramda paylaşdığı foto müzakirələrə səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, Suriya prezidentinin adına açılan səhifədə Əsma Əsədin sağ qoluna taxdığı mavi bilərzik diqqətlərdən yayınmayıb. ABŞ istehsalı olan bu bilərziyin bədənin formada qalmasına xidmət etdiyi məlum olub. Qiyməti 129 dollar olan bilərzik nə qədər kalori itirdiyi və nə qədər yatmaq lazım gıldiyi barədə məlumat verir. 

Vətəndaşlara sosial xidmət göstərərkən çəkilən həmin şəkildən sonra suriyalılar ölkədə son 3 gündə 1000-dən çox insanın öldüyü bir zamanda prezidentin arvadının artıq çəkilərinin qayğısına qalmasına qəzəblənib. 

Qeyd edək ki, Bəşər Əsəd təkzib etsə də Suriya müxalifəti kimyəvi silahdan istifadə nəticəsində 1300 insanın öldürüldüyünü, 5 mininin isə yaralandığını elan etmişdi.

Qaynar.info