
Ermənistanın Geharkunik əyalətinin Vardenik kəndində eşşək sahibini öldürüb.
Qaynar.info-nun erməni mətbuatına istinadən verdiyi xəbərə görə, eşşəyi ilə birlikdə tarlaya gedən 83 yaşlı Parqev Arakelyan eşşəyin təpik zərbələri nəticəsində ölüb.
Xəstəxanaya aparılan Arakelyan 1 gün sonra xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxananın baş həkimi Vardan Karapetyan kəndlinin xəstəxanaya çatmamış, yolda öldüyünü deyib.
Arakelyanın qisası yerdə qalmayıb. Qatil eşşək kişinin qohumları tərəfindən öldürülüb.
Qaynar.info