Xəbər lenti

Estoniya Aİ-də Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi sxemini yaradan ilk ölkə oldu
Dünya10:33 27.06.2023

Estoniya Aİ-də Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi sxemini yaradan ilk ölkə oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Estoniya dondurulmuş Rusiya aktivlərinin Ukraynaya kömək etmək üçün istifadəsinə icazə verən hüquqi sxemi yekunlaşdırıb. 
Qaynarinfo "Postimees" qəzetinə istinadən xəbər verir ki, Estoniya belə bir mexanizm hazırlayan ilk Avropa ölkəsi olub. Sxem yaxın vaxtlarda hökumət tərəfindən təsdiqlənməlidir.
"Qərar demək olar ki, hazırdır, Nazirlər Kabinetində müzakirə olunub, lakin bəzi detallar hələ də dəqiqləşdirilməlidir. Biz digər ölkələrə də nümayiş etdirə bilərik ki, həll yolu qanuni şəkildə necə işləyə bilər”, deyə Estoniyanın baş naziri Kaya Kallas bildirib.
Estoniya sxeminə əsasən, Ukrayna döyüş əməliyyatları zamanı ona dəymiş ziyanı sənədləşdirəcək, sonra Estoniyadakı Rusiyanın əmlakı Kiyevə tərəfinə keçəcək.
Estoniya Xarici İşlər Nazirliyinin hüquq və konsulluq məsələləri üzrə vitse-kansleri Erki Kodar da beynəlxalq sanksiyalar haqqında qanuna ən ciddi pozuntular nəticəsində dəymiş ziyana görə "təcavüzkar dövlətin maliyyə məsuliyyətini” təmin edəcək düzəlişləri açıqlayıb. 
Kodarın sözlərinə görə, dəymiş ziyan Rusiya siyasətinin formalaşması ilə sübut edilmiş əlaqəsi olan və ya onun həyata keçirilməsinə töhfə verən şəxslər tərəfindən ödəniləcək: "Buna görə də itkilərin ödənilməsi yalnız müəyyən şəxslərin aktivləri hesabına, yəni hissə-hissə baş verəcək”.
Dondurulmuş Rusiya aktivlərinin Ukraynaya ötürülməsi mexanizminin hazırlanmasını yanvarın əvvəlində Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Urmas Reinsalu bəyan edib. Daha sonra o, səlahiyyətlilərin Vergi və Gömrük Şurasının avans hesablarına 17 milyard avro məbləğində Rusiya aktivlərini Ukraynaya köçürmək niyyətini açıqlayıb. Müxtəlif hesablamalara görə, hərbi əməliyyatların Ukraynaya vurduğu zərər 400-700 milyard dollar səviyyəsində qiymətləndirilir.
Aydın