Estoniyanın iki qəzeti cümə günü baş nazir Kaya Kallası ərinin Rusiya biznesi ilə bağlı ikiüzlülüyünə görə istefaya çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ERR
yazır.
Postimees redaksiya məqaləsində yazır: "Kallasın vaxtı çatıb".
"Təəssüf ki, Kaya Kallas mətbuata yaxşı izahat vermək fürsətindən istifadə etmədi. Əksinə, mətbuat konfransında məntiqi ziddiyyətlərlə dolu bir hekayə eşitdik. Bundan əlavə, Baş nazir səhv bir şey etmədiyini və nədə ittiham edildiyini anlamadığını və kimsə izah edə bilsə, minnətdar olacağını bildirdi”, - məqalədə deyilir.
"Ciddi şəkildə əsəbiləşən baş nazir mətbuat konfransında ərinin sahibkarlıq fəaliyyəti ilə bağlı sualları cavablandırmaqdan imtina etdi, ona görə də nə çərşənbə və nə də cümə axşamı heç bir cavab eşitmədik. Onları şənbə və ya bazar günü eşidəcəyimizə inanmaq üçün heç bir əsas yoxdur. Buna görə də Postimees baş nazirə gələcəkdə daha çox utanc hissi ilə istefa verməmək üçün bu gün əşyalarını yığmağa dostcasına tövsiyə edir", - qəzet qeyd edir.
Eesti Päevaleht yazır: "Kaya Kallas, geri çəkil".
"Kaya Kallas istefa ərizəsini təqdim etməlidir. Bu, mütləq istefa demək deyil. Millət vəkilləri səhvi əhəmiyyətsiz hesab etsələr, ona yeni mandat verə bilərlər", - məqalədə deyilir.
Qəzet davam edir: "Təəssüf ki, belə bir addım həm də nəzərəçarpacaq dərəcədə kinsizliyi ehtiva edər, – deyə qəzet davam edir, - nə Eesti 200, nə də Sosial Demokratlar məsələnin tənqidi araşdırılmasında maraqlı görünürlər və İslahat Partiyası olmadan, demək olar ki, növbəti seçkilərə qədər yeni hökumət qurmaq qeyri-mümkündür. Kallas üçün yeganə real təhlükə islahatçı partiyada mənəvi utanc ucbatından "saray çevrilişi”nin baş verməsi olardı. Təəssüf ki, oradakı ilk reaksiyalar daha dərin özünətənqidə ümid etməyə imkan vermir".
Ohtuleht baş nazirin üzr istəməsini tövsiyə edir.
Xatırladaq ki, Estoniyanın baş naziri Kaya Kallasın əri Arvo Hallikə qismən məxsus olan Stark Logistics nəqliyyat şirkətinin Ukraynada genişmiqyaslı müharibə zamanı Rusiya istiqamətində fəaliyyətini davam etdirməsi üzə çıxdıqdan sonra qalmaqal yaranıb. Bildirilir ki, şirkət bu zaman kısiyindən 1,5 milyon dollar qazanıb.
Estoniya prezidenti Alar Karis bildirib ki, Kallas baş nazir kimi ərinin sahibkarlıq fəaliyyəti ilə bağlı qalmaqalın mahiyyətini ictimaiyyətə izah etməyə borcludur.
Bundan sonra Kallas bu həftəyə qədər ərinin Rusiyadakı iş ortağı ilə işbirliyindən xəbəri və "gizlədəcək bir şeyinin olmadığını" söyləyib.
Nizami Bağırov