Xəbər lenti

Estoniya müdafiə xərclərini artıracaq, 1.2 milyard avroya sursat alacaq
Dünya14:52 16.07.2023

Estoniya müdafiə xərclərini artıracaq, 1.2 milyard avroya sursat alacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Estoniya Müdafiə Nazirliyinin 2024-2027-ci illər üçün inkişaf planını təsdiq edib. Proqrama əsasən, ölkə müdafiə xərclərini ÜDM-in 3%-nə qədər artıracaq və 1.2 milyard avroya sursat alacaq.
Qaynarinfo xəbər verir ki, hazırda Estoniya ÜDM-in 2.8%-ni müdafiəyə sərf edir.
"Milli müdafiə xərclərinin ÜDM-in 3%-nə qədər artırılması bizə bunu etməyə imkan verir. İnkişaf baxımından biz lazımi imkanların ən qısa zamanda qurulmasını prioritet hesab etdik”, deyə müdafiə naziri Hanno Pevkur bildirib.
Estoniya Müdafiə Nazirliyinin məlumatına görə, növbəti 4 il ərzində 1.2 milyard avrodan çox sursat alınacaq. "Ukraynadakı münaqişə hara sərmayə qoymaq lazım olduğunu göstərdi", deyə nazir izah edib.
İndi müdafiə xərclərinin məbləğinə, o cümlədən çoxsəviyyəli hava hücumundan müdafiə sisteminin inkişafı üçün satınalmalar, döyüş sursatı, silah və pilotsuz uçuş aparatları istehsalı müəssisələrinin yaradılması üçün vəsait əlavə olunacaq.
Aydın