Xəbər lenti

Estoniya parlamenti Rusiyanın Ukraynadakı müharibəsini genosid adlandırdı
Dünya12:43 22.04.2022

Estoniya parlamenti Rusiyanın Ukraynadakı müharibəsini genosid adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Estoniya Rusiyanı Ukraynada genosid törətməkdə ittiham edən ilk Avropa ölkəsi olub.
Qaynarinfo "Euronews” saytına istinadla xəbər verir ki, bu barədə Estoniya parlamentinin qərarında deyilir.
Estoniya parlamenti Rusiyanın Ukraynadakı müharibəsini "Ukrayna xalqına qarşı genosid” kimi tanıyıb və digər ölkələri və beynəlxalq aləmi də eynisini etməyə çağırıb.
Estoniya parlamentinin rəhbəri bildirib ki, Rusiya silahlı qüvvələri tərəfindən Ukrayna xalqına qarşı sistematik və kütləvi sürətdə müharibə cinayətləri törədilib.
"Bura qətllər, itkinlər, deportasiyalar, həbslər, işgəncələr, zorlama və cəsədlərin təhqir edilməsi aiddir. Bu cinayətlər Rusiya siyasi və hərbi rəhbərliyi və milli təbliğat yetkililəri tərəfindən ideoloji olaraq təşviq edilir”, - Ratas bildirib. 
Hadisəni "əsil tarixi qərar” adlandıran Estoniyanın Ukraynadakı səfiri öz Twitter səhifəsində yazıb: "Rusiya törətdiyi dəhşətli cinayətlərə görə tam məsuliyyət daşımalıdır”.
Estoniyanın ardınca Latviya da Rusiyanın Ukraynadakı müharibəsini genosid adlandırıb.
Nurlan Hüseynov