ETA terror təşkilatı dünən ləğvini elan etdi.
Qaynarinfo xəbər verir ki, bu təşkilat 1959-cu ildə yaradılıb və Fransa, İspaniyada müstəqil Bask dövlətinin qurulmasını hədəfləyib. ETA-nın fəaliyyəti zamanla mədəni haqq tələblərindən silahlı hərəkata çevrildi və 1968-ci ildən bəri cinayətlərə start verildi. Ərazidə 1979-cu ildə muxtar Bask Bölgəsi yaradıldı, lakin təşkilat müstəqillik tələb edirdi. Hazırda qadağan edilmiş "Batasuna" adlı partiya bu hərəkatın siyasi qanadını təşkil edirdi. ETA 800-dən çox insanın ölümünə səbəb olub. Terror təşkilatı 24 mart 2006-cı ildə atəşkəs elan etdi, lakin 30 dekabr 2006-cı ildə Madriddə yerləşən hava limanına bombalı hücum reallaşdırdı.
ETA-nın fəaliyyət xronologiyası:
Təşkilat 1959-cu ildə qurulub.
1968-ci ildə ilk terror aktı reallaşdırılıb.
1973-cü ildə ispan general Fransisko Frankonun ən güclü adamlarından Karrero Blanko öldürülüb.
1974-cü ildə silahlı qrup hərbi və hərbi-siyasi 2 qola bölündü.
1978-ci ildə təşkilatın siyasi qolu "Batasuna" yaradıldı.
1979-cu ildə Bask ərazisi muxtariyyət qazandı.
Barselonada 1987-ci ildə törədilmiş terrorda 21 nəfər öldü.
1997-ci ildə bələdiyyə məclisinin üzvü Migel Angel Blanko Qarrido qaçırılaraq öldürüldü.
1998-ci ildə ETA təktərəfli atəşkəs elan etdi.
1999-cu ildə atəşkəsi pozduğunu elan etdi.
24 mart 2006-cı ildə növbəti atəşkəs elan edildi, lakin 30 dekabrda növbəti terakt həyata keçirildi və 2 nəfər öldü.
24 avqust 2007-ci ildə Duranqo şəhərindəki partlayışda 2 nəfər qətlə yetirildi.
14 may 2008-ci ildə Lequationa şəhərində parlayış törədildi və 1 nəfər öldü, 4 nəfər yaralandı.
19 iyun 2009-cu ildə Baskda maşın partladıldı və 49 yaşlı polis Eduardo Puelles Qarsiya qətlə yetirildi.
5 sentyabr 2010-cu ildə ETA demokratik mübarizə üsuluna keçdiyini elan etdi.
10 yanvar 2011-ci ildə növbəti atəşkəs elan edildi.
20 oktyabr 2011-ci ildə hökümətin istəyi ilə təşkilat silahdan imtina barədə qərar qəbul etdi. ETA 8 iyun 2017-ci ildə silahdan tamamilə imtina etdi və sahibi olduğu 8 silah anbarını hökümətə təhvil verdi.
Ötən ayın 16-sında terror qrupu növbəti ay ləğvini elan edəcəyini bildirmişdi.
Qeyd edək ki, ETA-nın loqosunda ilan və balta şəkli yer almışdı. İlan siyasəti, balta isə silahlı mübarizənin simvolu idi.
Silahlı qrup ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınırdı.
Gülşən