Xəbər lenti

Etibar Məmmədov Madriddə
Siyasət10:27 16.04.2014

Etibar Məmmədov Madriddə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

BDİ-nin icraçı toplantısı adından bir neçə qətnamə qəbul olunub

Xəbər verdiyimiz kimi, AMİP lideri  və Beynəlxalq Demokrat İttifaqının ( BDİ) sədr müavini Etibar Məmmədov BDİ-nin Madriddə  keçirilən icraçı toplantısında iştirak edib. 

E.Məmmədovu səfərdə müşayiət edən AMİP beynəlxalq əlaqələr katibi Elşən Mustafayevin “Yeni Müsavat”a verdiyi məlumata görə, proqramda BDİ-nin daimi beynəlxalq əlaqələr komitəsinin toplantısı, təşkilat daxili hesabatlar və məlumatlar, yeni üzvlüyə namizəd partiyaların təqdimatı, həmçinin Latın Amerikasında keçirilən seçkilər və siyasi vəziyyət, Ukraynada baş verən hadisələr olub. Gündəlikdə olan təşkilat daxili məsələlər dinlədikdən sonra dünyada baş verən siyasi hadisələr ciddi müzakirə edilib. 

Müzakirələrdən sonra BDİ icraçı toplantısı adından bir neçə qətnamə qəbul  olunub: “Ukrayna ilə bağlı qətnamədə   Rusiyanın bu hadisələrdə tutduğu mövqe, o cümlədən Krımın işğalı ilə bağlı dünya dövlətlərini Rusiyaya qarşı siyasi və iqtisadi  sanksiyaların gücləndirilməsinə çağırıldı. Həmçinin Ukraynada may ayında keçiriləcək seçkilərin kənar müdaxilə olunmadan baş tutacağına, nəticədə hamının beynəlxalq hüquqa demokratik dəyərlərə  hörmət edəcəyinə inandıqları bildirildi.

Gürcüstanla bağlı qətnamədə  Gürcüstanın Avrointeqrasiya yolunda ərazi bütövlüyünə dəstək olmağa, Gürcüstan hakimiyyəti isə BDİ üzvü olan Birləşmiş Milli Hərəkatın üzvlərinə qarşı təzyiqlərə son qoymağa, o cümlədən həbs olunmuş müxalifətçiləri azad etməyə çağırılır.

Venesuela ilə bağlı qətnamədə Venesuela hakimiyyətindən insan hüquqlarına əməl etmək ,həbs olunmuş müxalifətçi siyasi məhbusları dərhal azad etmək, müxalifətdən olan parlament nümayəndələrinin fəaliyyətinə imkan yaratmaq tələb olunur”.

E.Mustafayev həmçinin məlumat verdi ki, icraçı toplantı bu ilin noyabr ayında Cənubi Koreyada BDİ-nin liderlər toplantısını keçirmək qərarı verib.

E.Mustafayev onu da məlumat verib ki, İspaniyanın hakimiyyətdə olan Xalq Partiyasının ev sahibliyi ilə keçirilən icraçı toplantının gedişində AMİP lideri Etibar Məmmədov Moncloa sarayında İspaniyanın baş naziri Mariano Rajoy ilə görüşüb./musavat.com