Xəbər lenti

Etirazçılar Gürcüstan prezidentini fitə basdılar
Dünya06:14 26.11.2019

Etirazçılar Gürcüstan prezidentini fitə basdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bazar ertəsi Tiflisdə parlament binasının yaxınlığında minlərlə etirazçı aksiya zamanı Gürcüstan prezidenti Salome Zurabişvilini fitə basıb.
Qaynarinfo xəbər verir ki, bu haqda TV Pirveli məlumat yayıb. Məlumata görə, bu zaman dövlət başçısının yaxınlıqdakı kafedə şam etdiyini sosial şəbəkələrdən öyrənən etirazçılar kafenin qarşısına toplaşıb. Onlar Zurabişviliyə restoranlara getmək yerinə ölkədəki baş verən böhranın həlliylə məşğul olmağın vacibliyini xatırlatmaq istəyib.
Prezidentin mühafizəçiləri kafenin girişini bağlayıb və əlavə polis qüvvələri çağırılıb. Zurabişvili kafedən çıxıb xüsusi yaradılmış dəhlizlə avtomobilinə gedərkən, onu fitə basıblar.
Gürcüstanın Daxili İşlər Nazirliyi isə parlament binasını mühasirəyə alan etirazçılardan 28-nin saxlanıldığını açıqlayıb. Onlar polisə itaətsizlik və xuliqanlıqda ittiham olunurlar. Qey edək ki, nümayiş gecə saatlarında dağıdılıb. Aksiyaçılara qarşı su toplarından istifadə edilib. Polislə etirazçılar arasında baş tutan qarşıdurma zamanı 3 nəfər yaralanıb.
Alpər