Xəbər lenti

Etirazçılar MSK-nın şöbə müdirini içəri buraxmayıb
Siyasət10:26 15.02.2020

Etirazçılar MSK-nın şöbə müdirini içəri buraxmayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ola bilər ki, hansısa məqsəd üçün təxribat xarakterli addımlar atsınlar”. 
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov Milli Məclisə seçkilərlə əlaqədar bəzi namizədlərin etirazlarına münasibət bildirərkən deyib. 
O bildirib ki, bəzi namizədlərin MSK qarşısında aksiya keçirməsi normaldır. 
"Amma durub MSK-nın şöbə müdirini içəri buraxmırlar. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun, bunu edirsə, qanun pozuntusudur”.