Xəbər lenti

Etirazçılar parlament binasına od vurdular
Dünya05:45 01.04.2017

Etirazçılar parlament binasına od vurdular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səbəb Konstitusiyaya edilən dəyişiklikdir

Paraqvayın paytaxtı Asunsyonda etirazçılar ölkə parlamentinin binasına od vurub. İstiPress-in RİA-ya istinadən verdiyi xəbərə görə, bir qrup etirazçı binaya daxil olub və binada olan müxtəlif əşyaları yandırmağa başlayıb.

Konqresdə baş verən iğtişaşlar zamanı biri deputat olmaqla, bir neçə nəfər yaralanıb.

Məlumata görə, Paraqvay parlamenti dövlət başçısı Orasio Kartesin daha bir müddətə prezident seçilməsini nəzərdə tutan konstitusiyaya dəyişikliklərini qəbul edib.

Qaynar.Az