Əvvəllər "Tərəf" və "Qərar" qəzetlərində köşə yazarıyla çıxış edən Etyen Mahçupyanın bir müddət baş müşaviri vəzifəsini icra etdiyi keçmiş baş nazir Əhməd Davudoğlunun rəhbərliyi altında qurulacaq yeni partiyanın təsis heyətində olduğu ortaya çıxıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Türkiyənin medyanotu.com saytı məlumat yayıb.
"Röyter” agentliyi isə əks-baş nazirə yaxın qaynaqlara istinadən xəbər verib ki, Davudoğlunun yeni partiyası bir neçə həftə ərzində Daxili İşlər Nazirliyinə ərizə təqdim etməklə rəsmi şəkildə qurulacaq.
Agentliyə məlumat verən mənbə yeni partiyanın son hazırlaqlarını aparıldığını, 2020-ci ilə qədər qeydiyyatdan keçəcəyini bildirib:
"Artıq Ankara və İstanbulda partiya üçün qərargah da tutulub”.
Bəzi köhnə siyasətçilər və yüksək səviyyəli vəzifəli şəxslərin partiyaya qoşulacağı, eyni zamanda Etyen Mahçupyanın da partiyanın qurucuları arasında olduğu bildirilib.
Alpər