Xəbər lenti

Evində 42 kq qızıl tapılan sabiq nazir axtarışa verildi
Dünya11:42 02.08.2014

Evində 42 kq qızıl tapılan sabiq nazir axtarışa verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnterpol Ukraynanın sabiq energetika və kömür sənayesi naziri Eduard Stavitski barəsində beynəlxalq axtarış elan edib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Stavitski barədə məlumat İnterpolun rəsmi saytına yerləşdirilib.

Stavitski dövlət vəsaitinin mənimsənilməsində və səlahiyyətlərindən sui-istifədədə ittiham olunur. Eyni zamanda, onun bu əməlləri mütəşəkkil cinayətkar qruplaşma ilə əlbir törətdiyi bildirilir.

Xatırladaq ki, bu ilin aprelində Ukrayna Təhlükəsizlik Xidməti Stavitski barəsində axtarış elan edib. Stavitskinin evində aparılmış axtarış zamanı 42 kq qızıl, 4,8 milyon dollar pul və xeyli sayda daş-qaş aşkarlanıb.

Qaynar.info