İdman 17:05 21.11.2023

Evində işlətdiyi xadimə Neymardan şikayət etdi

PSJ-dən ayrıldıqdan sonra Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasına keçən, lakin millidə aldığı zədə səbəbindən mövsümü bitirən Neymarın Fransadakı günləri ilə bağlı yeni qalmaqal ortaya çıxıb.

Qaynarinfo-nunn məlumatına görə, PSJ-nin keçmiş hücumçusu bəyan etmədən işə xadimə götürməkdə və ondan istifadə etməkdə ittiham olunurdu. Həmin xadimə braziliyalı oyunçu ilə bağlı bəzi narahatedici iddialar səsləndirib. İşçinin vəkillərinin iddiasına görə, dörd uşaq anası olan xadiməni işə götürsə də Neymar heç vaxt bunu rəsmi şəkildə bəyan etməyib. Sözügedən qadın istismarından bir neçə ay sonra vəkillərinə müraciət edib və ulduz futbolçu ilə bağlı diqqətçəkən ifadələr işlədib. 

Vəkillərin bildirdiyinə görə, Neymar əmək qanunvericiliyinin əsas qaydalarını pozub, müştərinin qeyri-müəyyən vəziyyətindən sui-istifadə və ona qarşı ləyaqəti alçaldan iş şəraiti tətbiq edib. Bununla yanaşı qadının doğum sancıları başlayarkən Neymarın onu evdən qovduğu bildirilib və pislənilib. Futbolçunun qeyri-qanuni işə götürdüyü iddia edilən qadının vəkilləri bu prosesi layiq olduğu cinayət təqibi ilə davam etdirmək niyyətində olduqlarını deyib. 

Xadimə Braziliya mətbuatına verdiyi açıqlamada, "Evi təmizləmək, çarpayı hazırlamaq, hər şeyə cavabdeh idim. Oğlunun anasının (Kerol Dantasın) dırnaqlarını düzəltdim. Bir dəfə idman zalını təmizləyirdim və onlar məndən dayanıb Brunanın (Biancardi) dırnaqlarını düzəltməyimi də istədilər. Həftə sonları bütün gecəni işləyirdim. Səhər tezdən evə getməli olduğum üçün yatmışdım. Amma heç vaxt gecə bonusu almamışam. Məndən istədikləri saatlarda işlədim" - sözlərinə yer verib.

Səbuhi Həsənov