Xəbər lenti

Evindən 270 min avro tapdı - aparıb polisə verdi
Dünya19:00 12.02.2017

Evindən 270 min avro tapdı - aparıb polisə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Evinin zirzəmisindən 269,5 min avro tapıb. Tapdığı pul haqda dərhal polisə məlumat verib.
Qaynarinfo.Az aznews.az-a istinadən xəbər verir ki, bu hadisə Avstriyanın Qrats şəhər sakininin başına gəlib. 42 yaşlı şəxs bu evə ötən il köçüb. Zirzəmini yığışdırarkən karton yeşik tapıb. Yeşiyin içində 500 nominallıq pullar olub. Pulları tapdıqdan bir müddət sonra polisə xəbər verib. Ola bilsin ki, pullar kriminal hadisə ilə bağlıdır.
Hazırda polis hadisəni araşdırır.
Qaynarinfo.Az