5000 il öncə Çində tapıldığı iddia edilən çay bitkisinin insan həyatında yeri əvəzsizdir. Çayın susuzluğu önlədiyini, yorğunluğu çıxardığını bilməmiş deyilsiniz. Amma bu da faktdır ki, indi istifadə etdiyimiz çaylar haqqında əfsanələrlə bərabər, bir sıra neqativ fikirlər də dolaşmaqdadır. Əsasən də çayın keyfiyyəti ilə bağlı. Bəs ən keyfiyyətsiz çay hansıdır?
Ən zərərli çay paketləşdirilərək satışa çıxarılan çaylar hesab olunur. Dietoloqların fikrincə, paketlənmiş çayın tərkibi yarpaqdan fərqlənir.
"Paketlərə çay zibilini, çay istehsalının qalıqlarını əlavə edirlər. Düzdür, onlar nisbətən tez dəm alır, rəngi daha tez üzə çıxır, qaynadılmış su tez rəngini dəyişir, qırmızılaşır. Bunun tək səbəbi isə paketlənmiş çayın üyüdülmüş formada olmasıdır. Ona görə də çay paketlərindən istifadə etməməyiniz məsləhətdir”, ekspertlər bu fikirləri xüsusi vurğulayıb.
Dietoloqların əlavə etdiyi kimi, çay paketlərini sevənlərin onu yarpaq çayı ilə əvəzləməsi daha yaxşıdır: "Sağlam insanların belə çaydan istifadəsi aterosklerozun inkişaf riskini azaldacaq və mədə divarlarına mikrob əleyhinə təsir göstərəcək”.