Bosniya və Hersoqovinanın Mostar şəhəri körpüdən atılmaq adəti ilə məşhurdur.
Qaynarinfo xəbər verir ki, bu il 452-cisi təşkil olunacaq Mostar Körpüsündən atılmaq yarışları hər il rəngarəng şəkillərlə bərabər, cəsarət sınağı olaraq da bilinir.
Memar Sinanın şagirdi memar Xeyrəddinin inşa etdiyi körpü həm də Bosniya və Hersoqovinanın simvollarından biridir.
1566-cı ildə Mostarı ikiyə bölən Neretva şəlaləsinin üzərində inşa edilən körpü illərdir davamlı olaraq gerçəkləşdirilən adətini bu günə qədər gətirməyi bacarıb.
Belə ki, Mostarda evlənmək istəyən kişilər cəsarətlərini göstərmək üçün 30 metrlik yüksəklikdə körpüdən Neretvanın sərin sularına dalır. Adət bu gün daha çox yarışa çevrilib.
Nərmin Həsənli