XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Əvvəl azadlığını itirdi, sonra... - Alveşə daha bir şok
İdman06:01 01.02.2023

Əvvəl azadlığını itirdi, sonra... - Alveşə daha bir şok

Qadına təcavüz ittihamı ilə həbs olunan braziliyalı futbolçu Dani Alveş ailəsini də itirə bilər.
Qaynarinfo-nun məlumatına görə, həyat yoldaşı Joana Sanzın futbolçudan boşanmaq istədiyi iddia olunur. Bu iddiaya səbəb onun sosial mediada Alveşlə çəkdirdiyi bəzi şəkilləri silməsi olub. 2017-ci ildə onunla ailə quran Sanzın boşanmaq istəyini vəkilinə çatdırdığı bildirilir. 
Təcrübəli müdafiəçi dekabrın 30-da bir gecə klubunda 23 yaşlı qadına təcavüz etməsi ittihamı ilə saxlanılıb və cinayət işi qaldırılıb. Hazırda həbsxanada olan futbolçu haqqında məhkəmə son qərarını verməsə də onun 4 ildən 12 ilə qədər həbs cəzası gözlədiyi bildirilir. 
Səbuhi Həsənov