Çexiya hökumətinin Ukraynaya silah yardımı məqsədilə vəsait toplamaq üçün başlatdığı kampaniya çərçivəsində artıq 30 milyon dollardan çox vəsait toplanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN Çexiya Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Təşəbbüs yaranandan bəri 100.000-dən çox insan ianə edib. Kampaniya Çexiya hökuməti tərəfindən əlaqələndirilir, pul Ukraynanın Praqadakı səfirliyinə gedir.
Vəsaitlər Ukrayna üçün lazım olan silah və hərbi texnikaya - Silahlı Qüvvələr və ərazi müdafiəsi üçün yönəldilib.
Xatırladaq ki, Ukraynanın Praqadakı səfirliyi və Çexiyanın Müdafiə Nazirliyi, ölkənin müdafiə və təhlükəsizlik sənayesi və digər dövlət qurumları hərbi texnikanın dərhal alınması və Ukraynaya çatdırılması üçün unikal sistem işə salıb. Təkcə ilk beş gündə ölkədə 19,5 milyon dollara yaxın vəsait toplanıb.
Pulun böyük hissəsi dərhal lazımi silahların alınmasına sərf olunub.
600-dən çox çex könüllü olaraq Beynəlxalq Beynəlmiləl Legionuna qoşulub.
Alpər