"Expressbank” ASC, biznes sahibləri və hüquqi şəxslərə təqdim olunan rəqəmsal xidmətlərin rəngarəngliyini artırmaq, eləcə də, gündəlik maliyyə əməliyyatlarının daha sürətli və rahat həyata keçirilməsini təmin etmək məqsədilə İnternet Bankçılıq platformasında növbəti yenilikləri istifadəyə verib.
1. Toplu Büdcə Ödənişləri
Bu xidmət vasitəsilə biznes müştəriləri bir neçə büdcə ödənişini ayrı-ayrılıqda həyata keçirmək əvəzinə, onları vahid əməliyyat çərçivəsində toplu şəkildə icra edə biləcəklər. Yeni funksiya əməliyyat vaxtına əhəmiyyətli dərəcədə qənaət edilməsinə, istifadə rahatlığının artırılmasına və ödəniş proseslərinin optimallaşdırılmasına geniş imkan yaradır.
2. Onlayn POS Terminal Sifarişi
Biznes müştərilərinin vaxt məhdudiyyəti nəzərə alınaraq, xidmətə əlçatanlığın təmin olunması məqsədilə POS terminal əldə etmək prosesi tam rəqəmsallaşdırılıb. Biznes nümayəndələri artıq bank filialına müraciət etmədən, birbaşa İnternet Bankçılıq üzərindən elektron qaydada POS terminal sifarişini formalaşdıra və tələb olunan məlumatları rəqəmsal sistem vasitəsilə təqdim edə biləcəklər.
3. Yeni ödəniş istiqamətləri
Platformanın "Ödənişlər Mərkəzi” bölməsinə yeni ödəniş kateqoriyaları və xidmət təminatçıları əlavə edilmişdir. Bunun nəticəsində istifadəçilər daha geniş spektrdə ödəniş əməliyyatlarını İnternet Bankçılıq platforması vasitəsilə rahat, sürətli və tam təhlükəsiz şəkildə həyata keçirmək imkanı qazanıblar.
"Expressbank” rəqəmsal kanallardan istifadənin daha da genişlənməsinə və sahibkarların maliyyə partnyoru olaraq onların iş proseslərinin asanlaşdırılmasına xidmət edən innovativ həllərin tətbiqini gələcəkdə də davam etdirəcəkdir.
"Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Şərhlər