Xəbər lenti

Eyfel qülləsi 3 aylıq fasilədən sonra yenidən açıldı
Dünya10:31 25.06.2020

Eyfel qülləsi 3 aylıq fasilədən sonra yenidən açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın rəmzi hesab edilən Eyfel qülləsi koronavirus pandemiyası ilə əlaqədar 3 aylıq fasilədən sonra yenidən qapılarını turistlərin üzünə açıb.
Qaynarinfo reuters-ə istinadən xəbər verir ki, iyulun əvvəlinə qədər ziyarətçilər 324 metr yüksəkliyi olan qülləyə sadəcə nərdivanlarla çıxa biləcəklər. Lift təhlükəsizlik səbəbindən hələlik işləmir.
Həmçinin qüllənin yalnız ikinci mərtəbəsinə qədər qalxmağa icazə verilir və 11 yaşdan yuxarı hər kəsin maska taxması məcburidir.
Qeyd edək ki, Eyfel qülləsi İkinci Dünya Müharibəsindən bəri hələ bu qədər uzun müddət bağlı qalmamışdı.
Camal